“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar


Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Astara rayonuna ekskursiya

News Image

Astara rayonuna ekskursiya

26 avqust 2026-cı il tarixdə ETİHİ Cəlilabad rayon komitəsinin dəstəyi və təşkilatçılığı ilə bir qrup təhsil işçisinin Astara rayonuna turu təşkil edilib. Turun məqsədi həmkarlar arasında dostluq əlaqələrinin yaradılması və asudə vaxtlarının səmərəli keçirilməsi olub.

Təhsil İstirahət Mərkəzi

News Image

Təhsil İstirahət Mərkəzi

31 iyul 2026-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Elman Nəsirov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəlilabad rayon komitəsinin sədri Nəbi İskəndərov Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi üzərindən yollayış əldə edən bir qrup rayon ümumtəhsil müəssisələrində çalışan müəllimlərin “Təhsil İstirahət Mərkəzi”ndə dincəlmə şəraiti ilə yaxından tanış olublar.

Quba rayonuna ekskursiya

News Image

Quba rayonuna ekskursiya

15 iyul 2026-ci il tarixdə ETİHİ Cəlilabad Rayon Komitəsinin təşkilatçılığı ilə rayon ümumtəhsil müəssisələrində çalışan bir qrup ittifaq üzvünün Quba rayonuna ekskursiyası təşkil olunub.

Ekskursiyanın əsas məqsədi ittifaq üzvlərinin asudə vaxtının səmərəli təşkili, kollektiv arasında dostluq və həmrəylik münasibətlərinin daha da möhkəmləndirilməsi, eyni zamanda ölkəmizin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaqdır.

İştirakçılar Quba rayonunun füsunkar təbiəti və görməli məkanları ilə tanış olub, istirahətlərini səmərəli və xoş əhval-ruhiyyə şəraitində keçiriblər.

Səfər iştirakçıları yaradılan bu şəraitə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildiriblər.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü

News Image

Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 iyun 2026-cı il tarixdə Cəlilabad rayonunda “1 İYUN- UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ” münasibətilə tədbirlər təhsil və tərbiyə aldıqları müəssisələrdə keçirilib.

Tədbirdə dövlətimizin diqqət və qayğısı, ardıcıl sosial paketlərin hazırlanması ilə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması nəticəsində uşaqlar da ailələrində özlərini xoşbəxt hiss etmələrindən, İstər təhsil, mədəniyyət, istərsə də səhiyyənin inkişafı uşaqlarımızın sağlam və hərtərəfli inkişafından, ölkəmizin sabahı olan uşaqları qorumaq və onların müdafiəsini gücləndirmək missiyasından söz açılıb.

O cümlədən, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayonumuzda da onlayn konfranslar, bədii qiraət, rəsm və inşa müsabiqələri keçirilmiş, uşaqlar fərqləndirici hədiyyələrlə mükafatlandırılmışlar.  

Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

News Image

Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib. Cəlilabad rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə tər gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir iştirakçıları Cəlilabad rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən rəsm sərgisinə baxış keçirilib.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

"İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu"na ekskursiya

News Image

"İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu"na ekskursiya

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Cəlilabad rayonu üzrə təhsil müəssisələrində fəaliyyət göstərən bir qrup müəllim "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu"na təşkil olunmuş turda iştirak edib. Ziyarət zamanı müəllimlər paytaxtın qədim tarixi, Şirvanşahlar Sarayı və Qız qalası kimi dünya mədəniyyət irsinədaxil olan abidələrlə yaxından tanış olublar.

Təhsil işçilərinə göstərilən bu diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri  Araz Paşayevə Cəlilabad rayon pedaqoji heyəti adından dərin minnətdarlığımızı bildiririk.

Futbol yarışı

News Image

Futbol yarışı

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan rayon ümumtəhsil məktəb şagirdləri arasında idmanın futbol növü üzrə yarışlar keçirilib. Rayon birinciliyinin qalibi Hamarqışlaq kənd tam orta məktəbin "Qarabağ" kamandası olub. 2-ci, 3-cü yerləri müvafiq olaraq şəhər 2 nömrəli və şəhər 9 nömrəli tam orta məktəbin "Zirvə" və "Cəsurlar" komandaları tutmuşdur. Qaliblər Komitə rəhbərliyi tərəfindən qiymətli hədiyyə və Fəxri fərmanla təltif olunub.

Əməyin Mühafizəsi Günü

News Image

Əməyin Mühafizəsi Günü

22 aprel 2026-cı il tarixdə Cəlilabad şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbində rayon ümumtəhsil məktəb və məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizi altında Əməyin Mühafizəsi Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərov, Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə Cəlilabad rayon Təhsil Sektorunun müdiri İlkin Zeynalov iştirak ediblər.

Nəbi İskəndərov sağlam iş mühitinin formalaşdırılmasının əsas istiqamətlərindən danışaraq təhlükəsiz əmək şəraitinin yaradılması, işçilərin hüquqlarının qorunması, psixoloji dəstəyin təmin edilməsi, kollektiv daxilində sağlam münasibətlərin qurulması və maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Çıxışının sonunda o, “sağlam mühit, sağlam təhsil, sağlam cəmiyyət deməkdir” fikrini xüsusi vurğulayaraq bütün qurumları bu istiqamətdə birgə fəaliyyət göstərməyə çağırıb.

  Mövzu ilə bağlı rayonun 2, 3 və 7 nömrəli, Hamarqışlaq kənd, Sərhədabad kənd, Günəşli kənd 1 nömrəli, Ocaqlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəblərində də tədbirlər keçirilib.

Tədbirlərdə bir daha vurğulanıb ki, işçilərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi Cəlilabad rayon komitəsinin fəaliyyətində hər zaman mühüm yer tutur. Ümumtəhsil müəssisə əməkdaşlarının sağlamlığının qorunması, əməyinin mühafizəsi, əməkhaqlarının vaxtında verilməsi, məzuniyyət hüquqlarından istifadə məsələləri ciddi nəzarətdə saxlanılır. Eyni zamanda işçilərin öz üzərlərinə düşən işlərin layiqincə yerinə yetirməsi, müəllimlərin bir-birləri ilə ünsiyyətləri, müəllim-şagird, müəllim-valideyn münasibətləri təhsil ocaqlarında daim qorunur. 

Voleybol yarışı

News Image

Voleybol yarışı

Elm və Təhsil İşçiləri Həmkarlar ittifaqı Cəlilabad rayon Komitəsinin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəb şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan idmanın voleybol növü üzrə silsilə yarışlar keçirilib. Uzuntəpə kənd 1 nömrəli, Hamarqışlaq kənd və Maşlıq kənd tam orta ümumtəhsil məktəblərinin şagirdləri yarışların qalibi olub. Qalib komandalar Komitə rəhbərliyi tərəfindən qiymətli hədiyyə və Fəxri fərmanla təltif edilib.

Əməyin Mühafizəsi Günü

News Image

Əməyin Mühafizəsi Günü

15 aprel 2026-cı il tarixdə Masallı rayon "Gənclər Evi"ndə Masallı, Yardımlı, Cəlilabad, Astara, Lənkəran və Lerik rayon ümumtəhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar təşkilatı sədrlərinin və məktəb rəhbərlərinin iştirakı ilə "Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!" devizi altında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.